Çərşənbə axşamı , May 5 2026
azfa

Almaniya molla rejimin 32 diplomatını ölkədən qovdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, oktyabrın 29-da Almaniya vətəndaşı Cəmşid Şarməhdin İranda edam edilməsindən sonra Berlin İranın bu ölkədə olan konsulluqlarının 32 əməkdaşını ölkədən qovub.

Bu barədə Almaniya XİN-in sosial hesabında bildirilib.

Qeyd edək ki, oktyabrın 29-da casusluq və terrorda günahlandırılan iranəsilli Almaniya vətəndaşı 68 yaşlı Cəmşid Şarməhd Tehranda edam edilib.

Bundan sonra Almaniya Tehrandakı səfirini geri çağırıb və İranın Almaniyanın 3 şəhərindəki konsulluqlarını bağlayıb.

Həmçinin yoxlayın

Tramp: “İran rəsmiləri qapalı qapılar arxasında başqa cür davranırlar”

GADTB: ABŞ prezidenti Donald Tramp tanınmış siyasi şərhçi Hyu Hevitə müsahibəsində bildirib ki, İran nümayəndələri …

Reuters: İranın nüvə silahı hazırlamaq üçün lazım olan müddət dəyişməyib

GADTB: Reuters agentliyinin yaydığı məlumata görə, ABŞ kəşfiyyat qurumlarının qiymətləndirmələri İranın nüvə silahı hazırlamaq üçün …