Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

İran sahilləri yaxınlığında yük gəmisinə hücum edildiyi bildirilir

GADTB: Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Təşkilatı bazar günü açıqlama yayaraq İran sahilləri yaxınlığında hərəkətdə olan bir yük gəmisinin “bir neçə kiçik qayıq tərəfindən hücuma məruz qaldığını” bildirdiyini açıqlayıb.

Qurumun yaydığı xəbərdarlığa görə, hadisə Qrinviç vaxtı ilə saat 11:30 radələrində baş verib və Hürrmüzqan əyalətində yerləşən Sirik şəhərindən təxminən 11 dəniz mili qərbdə qeydə alınıb.

Məlumata əsasən, gəmi heyətinin təhlükəsiz olduğu bildirilir və hadisə nəticəsində ətraf mühitə hər hansı zərər dəymədiyi qeyd olunur.

Hadisədən bir neçə saat sonra Fars xəbər agentliyi məlumat yayaraq gəminin İran hərbi qüvvələri tərəfindən “ələ keçirilmədiyini” bildirib. Agentlik iddia edib ki, “keçid edən bir gəmi İran Hərbi Dəniz Qüvvələrinin göstərişi ilə sənədlərin yoxlanılması məqsədilə dayandırılıb və bu, nəzarət prosedurlarının bir hissəsidir”.

Qeyd edək ki, ABŞ və İsrailin ötən ilin 9 esfənd tarixində İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra Tehran Hürrmüz boğazında gəmi hərəkətinə nəzarəti gücləndirib. Atəşkəsə baxmayaraq, İranın boğazı tam açmaması fonunda ABŞ tərəfindən ölkəyə qarşı dəniz mühasirəsi tətbiq edildiyi bildirilir.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …