Bazar ertəsi , İyul 27 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı fəal Mürtəza Pərvin sağlıq durumu pisləşib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi və artıq həbsinin onuncu ayında olan Mürtəza Pərvinin sağlıq durumu pisləşib.

Uzun müddətdir ki, xroniki bel diskin ağrılarından əziyyət çəkən Mürtəza Pərvin Evin zindanında ağır şəraitdə saxlanılmağa davam edir.

Yaxınlarının verdiyi məlumata görə Mürtəza Pərvinin ağrılarını azaltmaq üçün ona həbsxana məsulları tərəfindən ağrıkəsicilər də vaxtlı vaxtında verilmir. Bu məsələ Mürtəza Pərvinin onurğa sütununda ağrıların artmasına, oynaq ağrılarının kəskinləşməsinə səbəb olub.

Zindan rəhbərliyi Mürtəza Pərvinə ailəsi tərəfindən də dərmanların göndərilməsinin qarşısını alır.

Qeyd edək ki, Mürtəza Pərvin Tehran İslam İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən “daxili/xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və qabaqcadan əlbir olmaq” və “İran İslam Respublikası əleyhinə təbliğat” ittihamları ilə 6 il müddətinə həbs və ictimai cəzalara məhkum edilib.

Həmçinin yoxlayın

Azərbaycan İranın iki media qurumunun fəaliyyətini qanunsuz elan edib

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDİA) İranın “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin Azərbaycandakı fəaliyyətinin …

Təbrizin Motojen Şirkətinin işçilərinin tətili beşinci gündür davam edir

GADTB: Təbrizdə fəaliyyət göstərən Motojen şirkətinin işçiləri beşinci gündür tətil aksiyasını davam etdirirlər. İşçilərin sözlərinə …