Çərşənbə , İyul 29 2026
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı fəalı tibbi xidmətdən məhrum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin zindanında həbsdə saxlanılan azərbaycanlı milli fəal və vəkil Tahir Nəqəvinin bir neçə xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq, onun müayinə və müalicəsinə qoyulan məhdudiyyətlər davam edir.

Bu barədə insan haqları təşkilatlarının yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, “may ayından həbsxananın həkimi Naqvinin prostat vəzinin kütləsindən nümunə götürmək, ultrasəs və MRT etmək üçün xəstəxanaya göndərilməsini tövsiyə etsə də, həbsxana rəhbərliyi tərəfindən heç bir tədbir görülməyib. O, prostat vəzi xəstəliyi və onurğa sütununda şiddətli ağrılar səbəbindən ağır vəziyyətə düşüb. Bununla yaaşı məhbus vəkilin dizindəki problemlər və sağ əlinin hərəkət qabiliyyətinin azalması onun normal hərəkət etməsinə mane olub”.

İnsan haqları təşkilatları həbsxanadakı mənbələrə istinadən həbsxana rəhbərliyinin heç bir səbəb göstərmədən Tahir Nəqəvininin kamerasını tez-tez dəyişdirdiyini diqqətə çatdırıblar:  “Hüquqşünas Evin həbsxanasının 4-cü palatasından 6-cı palataya, sonra 7-ci palataya, ən sonda isə həbsxananın 8-ci palatasına köçürülüb”.

Həmçinin yoxlayın

Siyamək Mirzayinin həbs müddəti uzadılıb; girov qarşılığında azadlığa buraxılacağı ilə bağlı vəd yerinə yetirilməyib

GADTB: Siyamək Mirzayinin ailəsinə yaxın mənbələrdən daxil olan məlumata görə, azərbaycanlı fəal barəsində bir aylıq …

SEPAH xüsusi təyinatlı qüvvələri İranın qərb sərhədlərinə göndərib

GADTB: SEPAH-a bağlı media hesabı X sosial şəbəkəsində yayımladığı məlumatda bildirib ki, İraq ərazisindən silahlı …