Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimi azərbaycanlı fəalı məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən azərbaycanlı fəal Behzad Xudabəndəli İranın Ədliyyə-Məhkəmə Sistemi tərəfindən bildirişlə Qoşaçayda (Miandoab) rejimin İnqilab Prokurorluğunun cinayət hökmlərinin icrası üzrə ikinci bölməsinə çağırılıb.

Azərbaycanlı milli fəala göndərilən bildirişdə yazılıb: “Məhkəmə işinizlə bağlı, cəriməni ödəmək üçün 10 gün ərzində bölməyə gəlməyiniz tələb olunur. Eyni zamanda, vaxtında gəlsəniz, mümkün 20% endirim əldə edəcəksiniz”.

Qeyd edək ki, Behzad Xudabəndəli iyunun 26-da “dövlət quruluşuna qarşı təbliğat aparmaq”, “sosial şəbəkələrdə yalan məlumatlar paylaşmaq” və “ictimai düşüncəni çaşdırmaq” ittihamları ilə məhkəmə qarşısına çıxarılıb.

Həmçinin yoxlayın

BMT: “Yanvar etirazlarında öldürülənlərin sayı İranın dediyindən daha çoxdur”

GADTB: BMT-nin faktaraşdırıcı missiyası İran hökumətinin yanvar ayındakı etirazlarda ölənlərin sayı haqqında verdiyi rəsmi statistikanı …

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …