
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycan Ərdəbildən olan milli fəalları İran rejiminin zülmə məruz qoyduğu qaşqay türklərinə dəstək məqsədilə aksiya keçiriblər.
Azərbaycanlı fəallar aksiyada divarlara vərəqələr yapışdırıblar və irqçi fars-molla rejimin türklərə qarşı ayrı-seçkilik siyasətinə etirazlarını bildiriblər.
Dəstək vərəqələrində “Qaşqay Yurd – Azərbaycan, bir ürəkdir, bir can!” başlığı ilə yazılmış şüar əks olunub.
Qeyd edək ki, ötən günlərdə qaşqay türkləri Fars əyalətində valilik binası qarşısına toplaşaraq, milli geyimlərinin başqa xalqın adına qeydiyyata alınmasına etirazlarını dilə gətiriblər. Etirazçılar “Azərbaycan dəstək” şüarı ilə başladıqları aksiyada “Qaşqayın paltarı, qaşqayın qalası!”, “Qaşqay türkü birlikdə, hekayənin sonuna qədər!”, “UNESCO, UNESCO, qaşqayın paltarı haradadır?” kimi şüarlar da səsləndiriblər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi