Molla rejimi həbsdə saxladığı azərbaycanlı fəalın hələ də müalicəsinə icazə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Tehranın Evin həbsxanasında həbsdə saxladığı azərbaycanlı milli fəal və sənətçi Mürtəza Pərvinin müalicəsinə icazə vermir.

Məlumata görə, bel diski yırtığından əziyyət çəkən milli fəalın həbsxanadan kənarda müayinə və müalicəyə ehtiyacı olmasına baxmayaraq, onun tibbi yardım almasına süni maneələr yaradılır.

Bildirilib ki, həbsxana rəhbərliyi həkimlərin arayışından sonra Murtaza Pərvinin müayinə və müalicəsinə şərait yaradılacağına söz versə də, vədini yerinə yetirməyib və həbsxananın tibb məntəqəsində ona yalnız ağrıkəsici dərmanlar verilir.

Qeyd edək ki, gənc fəal fevralın 6-da Ərdəbildə həbs edilib. O, “dövlət quruluşu əleyhinə təbliğat aparmaq” ittihamı ilə bir il, “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı ilə isə 5 il müddətinə həbs cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …