Cümə , Sentyabr 18 2026
azfa

Molla rejimin iddiasının əksinə olaraq Urmiya gölü böhranlı vəziyyətdədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin iddiasının əksinə olaraq Urmiya gölü böhranlı vəziyyətdədir.

Urmiya gölünün ekoloji vəziyyəti ilə bağlı yayılan son hesabata görə göldə suyun səviyyəsi normal ekoloji vəziyyətlə müqayisədə acınacaqlı durumdadır.

Yanvarın 2-də Qərbi Azərbaycan əyalətinin Yerli Su Şirkətinin məlumatına görə, göldə ekoloji problem davam edir və son mövsimi yağışlara baxmayaraq, hazırda Urmiya gölündə olan su həcmi 1 milyard 240 milyon kubmetrdir.

Bununla yanaşı göldə suyun səviyyəsinin 1270,13, gölün sahəsinin isə 930 kvadrat kilometr olduğu bildirilib.

Qeyd edək ki, Urmiya gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …