Cümə , Avqust 21 2026
azfa

Qərbi Azərbaycan valisi Rza Rəhmanidən mühacir kürd Qəsim Osmaniyə kəskin cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan valisi Rza Rəhmani mühacir kürd Qəsim Osmaniyə kəskin cavab verib.

Qəsim Osmani Qərbi Azərbaycan Əyalətinin İnzibati Şurasında iddia edib ki, əyalət əhalisinin 50 faizi kürdlərdir və buna görə də idarəçilik vəzifələrinin 50 faizi kürdlərə verilməlidir.

Qərbi Azərbaycanın valisi Rza Rəhmani də buna cavab olaraq deyib ki, İranın 50 faizi türklərdən ibarətdir, lakin ölkədəki idarəçilik vəzifələrinin 50 faizi türklərə verilmir.

Qərbi Azərbaycanın əhalisinin təxminən20 faizi kürdlərdən ibarətdir.

Bu sözlərdən sonra Qəsim Osmani susub başını aşağı saldı.

Qeyd edək ki, Məhəmməd Qəsim Osmani əvvəllər dəfələrlə Qərbi Azərbaycana türk valisinin seçilməsinə qarşı çıxmış və yerli və türk vali seçilməsinin tərəfdarı olanları pantürklər adlandırmışdı.

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …