Şənbə , Sentyabr 19 2026
azfa

Əl-Ərəbiyyə: “İsrail İrana hücum etmək qərarına gəlib”

GADTB: “Əl-Ərəbiyyə” telekanlı adı açıqlanmayan avropalı diplomata istinadən yazıb ki, bir sıra Avropa rəsmiləri İsrailin son aylar Yaxın Şərqdə baş verən hadisələrdən sonra İrana hücum qərarını verdiyinə inanırlar.

Məlumata görə, avropalı diplomatlar Donald Trampın Ağ Evə qayıtması ərəfəsində İranın nüvə obyektlərinə hərbi hücum riskini minimuma endirmək yolunun olub-olmadığını görməyə çalışırlar.

Telekanal qeyd edib ki, diplomat İsrailin İranın nüvə obyektlərinə mümkün hücumunu qaçılmaz hesab etməyib, ancaq deyib ki, Bir neçə Avropa ölkəsi İslam Respublikasının nüvə silahı əldə etməsinin qarşısını almaq üçün diplomatiya və ya başqa bir fürsətin olub-olmadığını öyrənmək üçün Tramp komandası ilə danışıqlara başlayıb. / Azad İran

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …