Azərbaycanlı həkim və ədib Təbrizdə yoxa çıxıb

Bakıda stomatoloq işləyən, eyni zamanda mədəni fəaliyyətlə də dərindən məşğul olan azərbaycanlı diş həkimi, tərcüməçi, yazıçı və şair  Aqşin Ağkəmərli Təbrizə səfər etdikdən sonra qəflətən yoxa çıxıb.

Aqşin Ağkəmərli sonuncu dəfə təxminən 3 ay əvvəl Bakıdan tanışları ilə görüşmək və bəzi şəxsi işlərini həll etmək üçün doğma şəhəri Təbrizə qayıdıb və bundan sonra dost və tanışları ilə qəfildən əlaqəni kəsib.

Məlumatlara görə, onun hər iki telefon nömrəsi ilə (İran-Azərbaycan) əlaqə kəsilib, hətta WhatsApp-ı da işləmir.

Qeyd edək ki, “Güney Azərbaycan folkloru” kitabının 16-cı cildi Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Folklorşünaslıq fakültəsinin professor-müəllim heyəti tərəfindən doktor Aqşin Ağ Kəmərlinin səyi ilə təsdiq edilib və onun son əsəri bir il əvvəl işıq üzü görüb.

Doktor Aqşin Ağkəmərli Azərbaycan mədəniyyətinin təbliğində həyatı səmərəli keçən azərbaycanlı fəallardan biridir.

https://t.me/GADTB1/40012

Həmçinin yoxlayın

ABŞ-İran danışıqlarının gələn həftə İslamabadda bərpa oluna biləcəyi bildirilir

GADTB: “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla bildirir ki, ABŞ və İran arasında danışıqların …

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …