Çərşənbə , Noyabr 11 2026
azfa

Molla rejimi azərbaycanlı xanım fəal Sima Əlipuru Sepah-ın ETTELAAT İdarəsinə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı xanım fəal Sima Əlipuru Sepah-ın ETTELAAT İdarəsinə çağırıb.

Sima Əlipur, İnstaqram səhifəsində yayımladığı bir paylaşımda Sepah Kəşfiyyat Departamentinin telefon çağırışını qanunsuz hesab etdiyin və ora getməyəcəyini bildirib.

“Bu gün saat 13:50-də, SEPAH Kəşfiyyat İdarəsindən zəng edib məni idarəyə çağırdılar. Bu formada çağırış qanunsuz olduğu üçün idarəyə getməkdən imtina etdim.” – deyə o öz paylaşımında bildirib.

Qeyd edək ki, son aylarda çox sayda Azərbaycan milli hərəkatının fəalı İran hökumətinin xüsusi xidmət orqanları tərəfindən telefonla idarələrə çağırılsa da onların bir çoxu bu cür qeyri-qanuni telefon çağırışlarından imtina edib və yazılı şəkildə çağırılmadıqca bu qurumlara gəlməyəcəklərini bildiriblər.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …