Cümə , Sentyabr 18 2026
azfa

“The Wall Street Journal” İsrailin İranın nüvə obyektlərinə hücum etməyi yazıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “The Wall Street Journal” ABŞ kəşfiyyatına istinadən yazıb ki, İsrail 2025-ci ildə İranın nüvə obyektlərinə zərbələr endirməyi düşünür.

Amerika rəsmiləri İranın nüvə obyektlərinin gücləndirilməsini nəzərə alaraq, İsrailin onları hədəfə almaq üçün ABŞ ordusuna ehtiyac duyacağına inanırlar.

Eyni zamanda ABŞ-ın kəşfiyyat orqanlarının Co Bayden administrasiyasının son günlərində hazırladığı başqa bir hesabatda bildirilib ki, İsrail Tehranın əhəmiyyətli dərəcədə zəiflədiyini anlayaraq, bu il İranın nüvə obyektlərinə hücum planının qaçılmaz fürsət olduğunu düşünür. İsrailin 6 ay içində İranın nüvə mərkəzlərinə hücum edəcəyini bildirib.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …