Çərşənbə , Noyabr 11 2026
azfa

Qrossi: İran tezliklə 6 atom bombası üçün urana malik olacaq

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Qrossi İranın aylıq 60 fazilik uran hasilatının həcmini yeddi dəfə artırmaq niyyətinə qarşı xəbərdarlıq edərək, İranın nüvə proqramını məhdudlaşdırmaq üçün razılığa gəlməyin vaxtının tükəndiyini deyir.

Rafael Qrossi bu barədə fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Royters”ə verdiyi açıqlamada deyib.

“İran 60% zənginləşdirilmiş uranın aylıq istehsalını təxminən 7 dəfə artırır: Önümüzdəki həftələrdə MAQATE-nin növbəti hesabatına qədər İranda 250 kiloqram 60%-ə qədər zənginləşdirilmiş uran olacaq”,- o bildirib.

Qrossi deyib ki, bu, məsələnin çox ciddi qəbul edilməli olduğuna aydın işarədir və buna görə də daha vaxt itirməməlidir.

“Reuters”in yazdığına görə, zənginləşdirmə səviyyəsi 90%-ə çatdırılarsa, bu miqdarda uran ehtiyatından altı nüvə bombası istehsal etmək olar.

Qeyd edək ki, Tehranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin İrana səfərinin qarşısını alması və İranın elan olunmamış ərazilərində aşkar edilmiş uran izləri ilə bağlı dəqiq izahat verməməsi agentlikləTehran arasıdakı mübahisəli məsələlərdəndir.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …