Çərşənbə , Noyabr 11 2026
azfa

İraqda Türk dili rəsmi yazışmalarda üçüncü dil kimi qəbul edildi

GADTB: İraq Konstitusiyasına əsasən, Kərkük, Mosul, Ərbil, Səlahəddin və Süleymaniyyə şəhərlərində Türk dilinin rəsmi dil kimi istifadə olunması məcburidir.

İraqda türkmənlərin sıx yaşadığı Kərkükdən sonra Səlahəddin şəhərində də Türk dili rəsmi yazışmalarda üçüncü dil kimi tanındı.

Şəhər rəhbərliyi Türk dilini rəsmi dillər siyahısına əlavə edərək bölgədəki mədəni və tarixi münasibətləri gücləndirmək istiqamətində addım atıb. Səlahəddin şəhər idarəsi əhalisi bir milyonu aşan şəhərdə dövlət qurumlarında Türk dilinin də istifadə olunması barədə göstəriş verib. Bununla da valilik İraq Konstitusiyasında nəzərdə tutulan, lakin uzun illər tətbiq edilməyən bu qaydanı rəsmi şəkildə həyata keçirmiş oldu. Bu qərar xüsusilə türkmənlərin sıx yaşadığı bölgələrdə böyük sevinclə qarşılanıb.

İraq Konstitusiyasına əsasən, Kərkük, Mosul, Ərbil, Səlahəddin və Süleymaniyyə şəhərlərində Türk dilinin rəsmi dil kimi istifadə olunması məcburidir. Lakin bu qayda indiyədək yalnız Kərkükdə tətbiq olunurdu.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …