Əredəbildə Beynəlxalq Ana Dili Günü ərəfəsində türk dilində kitablar paylandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Milli Hərəkatının fəalları, Beynəlxalq Ana Dili Günü ərəfəsində Ərdəbil şəhərində orta məktəbin qarşısında türk dilində kitablar paylayıblar.

Dünya Ana Dili Günü ərəfəsində müxtəlif Azərbaycan şəhərlərində, xüsusən də Türk dilində kitabların paylanması geniş hal alıb və milli fəallar, ana dilində təhsil və öyrənmənin əhəmiyyəti barədə ictimaiyyəti məlumatlandırmağa çalışırlar.

Kitabları paylayan fəallar, ana dilinin öyrənilməsinin vacibliyini vurğulayaraq, valideynlərdən bu məsələyə daha çox diqqət yetirmələrini istəmişlər.

Qeyd edək ki, hər il azərbaycanlı fəallar Beynəlxalq Ana Dili Günü (21 fevral) öncəsi Güney Azərbaycanın müxtəlif  şəhərlərində türk dilində kitablar paylayırlar.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …