“Hüseyniyyun” terror təşkilatı xəbərdarlıq yayıb Azərbaycan saytlarına haker hücumu həyata keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda gizlənərək davamlı olaraq Azərbaycana qarşı təhdid yağdıran “Hüseyniyyun” terror qruplaşması “Tezliklə” başlığı ilə Qurandan sitat gəririb: “Zülm edilənlərə döyüş (cihad) icazəsi verildi və Allah onlara kömək etməyə qadirdir”.

Bundan sonra isə terror qruplaşması Azərbaycanda hökumətyönlü xəbər saytlarına haker hücumu edib.

Həmin saytlar “Global Media Group” MMC-nin tərkibinə daxil olan “Report” İnformasiya Agentliyi, “Oxu.az”, “Ölkə.az”, “Baku.ws”, “Caliber.az” xəbər saytları, “Baku TV” yayım portalı, eləcə də “Azpolitika.info” saytıdır.

Saytların əsas səhifəsinə “hüseynçilər” haker qrupunun loqosu olan post yerləşdirilib.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …