
GADTB: Beynəlxalq Ana Dili Günü münasibətilə təşkilatların yaydığı ortaq bəyanatda Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) də bizim razılığımızla adı verilmişdir. Sayın Mahmud bəy Bilginin təşəbbüsü ilə Beynəlxalq Ana Dili Günü ilə bağlı bildiriş hazırlanıb və GADTB-yə sadəcə bildirişin mətni göndərilməklə razılaşdırılıb.
Sözsüz ki, sayın Mahmud bəy Bilgin Azərbaycan Milli Hərəkatında inandığımız və tanıdığımız məsləkdaşımızdır və Güney Azərbaycan Təşkilatlarının Birliyində onların təşkilatları ilə əməkdaşlıq da etmişik. Sayın Mahmud bəyin ana dilimizlə bağlı göstərdiyi təşəbbüsə dəstək verməyi və ona qatılmağı GADTB olaraq özümüzə borc bilib və qoşulduq. Bildirişin mətni bizə göndərildiyi üçün mətndən xəbərimiz olsa da, nə mətnin hazırlanmasında iştirak etmişik, nə də razılaşdırıldığı təşkilatlar barədə öncədən bizə məlumat verilməyib. Biz bildirişin Ana dilimizlə bağlı olduğu üçün sırf Azərbaycan təşkilatları ilə razılaşdırılacağını düşünüb və onlarla da həmrəy olmağı məqsədəuyğun sayaraq razılıq verməyi özümüzə borc bildik. Lakin bildiriş, təşəbbüskar təşkilat tərəfindən ictimaiyyət üçün saytlarda yayılandan qısa müdət öncə şəxsən mənə göndərildi və mən təsadüfən yaranmış sağlıq durumu ilə bağlı olaraq bildirişə baxana kimi ictimaiyyətə yayıldı və beləliklə biz də yaranmış çətin vəziyyətlə əlaqədar ictimaiyyətlə eyni vaxtda bildirişdə adları gedən təşkilardan xəbərimiz olub.
GADTB-nin bilmədən və təsadüfən qarşılaşdığı bu çatışmazlıq qəsdən baş verən bir hadisə deyil və bizim mövqeyimiz dəyişməz olaraq qalır. GADTB və ümumiyyətlə biz heç bir şəraitdə Azərbaycana və hətta hər hansı Türk dövlətinə qarşı torpaq iddiası olan, millətimizin qanını tökmüş şəxs və təşkilatlarla bir araya gələ və ya müzakirə apara bilmərik. Bizə yaxşı bəllidir ki, kürdlər zaman-zaman istər XIX əsr və XX əsrin əvvəllərində, istər Sulduz hadisəsində, istərsə də son dövrlərdə Azərbaycana hücum edib qətliamlar törəmələri, Türkiyədə Mehmeciklərimizi qətliam etməsi heç zaman unudula bilməz. GADTB heç zaman belə kürd təşkilatları ilə müzakirəyə getməyib və heç bir şəraitdə də getməz. Bizim adı çəkilən bildirişi heç bir təşkilatla razılaşdırmaq üçün müzakirə aparmadığımız və yalnız təsadüfən yaranan çətin şəraitlə əlaqədar bildirişin yayılmasından sonra onun altında bir kürd təşkilatının adının getdiyindən xəbərimizin olması bir gerçəklikdir. Bu təsadüfən baş vermiş hal və ən yaxşı halda səhlənkarlıq, düşmənləri sevindirib, dostlarımızı pərişan etməməlidir. Bizim və GADTB-nin mövqeyi dəyişməyib və heç bir şəraitdə də dəyişməyəcək.
Əjdər Tağızadə
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı