Molla rejimə alət olan kürd terrorçular Paşinyanın Qarabağda yallı getdiyi kimi Urmiyada yallı getdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mühacir kürdlər irqçi fars-molla rejimin rəsmi razılığı ilə Güney Azərbaycanda at oynadır. İrqçi fars-molla rejimin əlaltısına çevrilən kürd terrorçuları Paşinyanın vaxtilə qarabağöda yallı getdiyi kimi Urmiyada çərşənbə mərasimi adı altında yallı getdilər.

Qərbi Azərbaycan vilayətinə yeyələnmək istəyən erməni-aysor silahlı dəstələrin və Ermənistanın Qarabağı işğal etmə məsələsinin nətiucələrini görə-görə nəticə çıxarmayan terrorçu kürdlər Urmiyanın Kürdüstan adlandırıblar.  

Günorta saatlarında keçirilən mərasimə toplaşan kürdlər bayram şənliyini siyasi mitinqə çevirib, Azərbaycan torpaqlarına qarşı iddialar səsləndiriblər.

Kürd geyimlərində mərasimə qoşulan mühacirlər “Urmiya Kürdüstandır” şüarları səsləndirib, bir neçə yerdə maskalı və kürd terror təşkilatlarının silahlılarının formalarına oxşar geyimlər geyinən şəxslər İraq Kürdüstanının bayraqlarını qaldırıblar.

Video:

https://t.me/GADTB1/41089

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …