Cümə , Sentyabr 18 2026
azfa

İran ABŞ-ın uran ehtiyatını üçüncü ölkəyə aparılmasına qarşı çıxa bilər

GADTB: “The Guardian”ın məlumatına görə, İranın ABŞ-ın zənginləşdirilmiş uran ehtiyatını üçüncü ölkəyə (Rusiya kimi) aparmaq təklifinə qarşı çıxacağı gözlənilir.

Bu təklif Vaşinqtonun Tehranın nüvə fəaliyyətlərinə nəzarət etmək və İranın nüvə silahı istehsal etmək üçün zənginləşdirilmiş urandan istifadə etməsinin qarşısını almaq səyləri çərçivəsində irəli sürülüb.

İran bildirir ki, son dörd il ərzində yığılan ehtiyatlar BAEA-nın ciddi nəzarəti altında İranda qalmalıdır. Tehran bunu ABŞ-nin sazişdən çıxacağı təqdirdə ehtiyat tədbiri və ya bir növ özünü sığortalamaq cəhdi kimi görür.

Digər tərəfdən isə Tramp İranın nüvə arzusundan əl çəkməli və ya sərt cavabla üzləşməli olduğunu bildirib.

ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı sərt mövqeyini bir daha vurğulayaraq, Tehranın nüvə silahı əldə etməməli olduğunu bildirib.

Tramp xəbərdarlıq edib ki, “İran nüvə silahı əldə etmək arzusundan əl çəkməlidir, əks halda ona sərt cavab veriləcək”.

Qeyd olunub ki, Tramp “sərt tədbirlər İranın nüvə obyektlərinə hücumu əhatə edə bilərmi?” sualına belə cavab verib: “Əlbəttə, ola bilər”.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …