Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

Molla rejimin həbs etdiyi Kərim İsmailzadənin məhkəmə işi Ali Məhkəməyə göndərilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi Kərim İsmailzadənin məhkəmə işi Ali Məhkəməyə göndərilib.

Kərim İsmayılzadənin ailəsi ilə əlaqə saxlayarkən bu barədə məlumat verib.

İsmayılzadənin sözlərinə görə, yerli məhkəmə orqanları ona qarşı dəlil və sübut tapa bilmədiyinə görə, yekun qərar qəbul edilməsi üçün işini Ali Məhkəməyə göndəriblər.

Qısa telefon danışığı zamanı Kərim İsmayılzadə həbsxana şəraiti, arıqlaması, dərmanlarının olmaması barədə ailəsinə məlumat verib.

Qeyd edək ki, azərbaycanlı idmançı və fəal Kərim İsmayılzadə “Urmu və Araz üçün Birlik” kampaniyasının təsisçilərindəndir.

O, İranda türklərin hüquqlarını müdafiə edən sivil fəaliyyətinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və təzyiqlərə məruz qalıb. Azərbaycanlı fəal sonuncu dəfə 2025-cü il martın 10-da təhlükəsizlik işçiləri Kərim İsmailzadənin iş yerinə basqın edərək onu naməlum yerə aparıblar. Ailəsi onun haqqında uzun müddət məlumat ala bilmədikdən sonra Təbriz mərkəzi zindanına köçürüldüyünü və 5-ci palatada saxlandığını öyrəniblər.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …