Cümə , Sentyabr 18 2026
azfa

Qaşqay türkləri Şirazda etiraza aksiyası keçirdilər-Video

GADTB: Dünən milli geyimləri müsadirə olunan Qaşqay türkləri bölgənin ən böyük şəhəri olan Şirazda etiraz aksiyası təşkil edərək öz ənənəvi və milli geyimlərinin və milli haqlarının qorunmasını tələb ediblər.

Etiraz aksiyasında iştirak edən qaşqay türkləri “Türk milləti var olsun! Qaşqaylar sağ olsun!” və s. şüarlar səsləndiriblər:

Qaşqay türklərinin böyük etiraz aksiyasında qaşqaylar Qaşqay-Yurdda əvvəlki üç etiraz aksiyasından sonra keçirilən bu etiraz aksiyasında Qaşqay əcdadlarının tarixini, mədəniyyətini və irsini müdafiə etmək məqsədi daşıyırdı.

Mitinqdən yayılan ilk görüntülər və videolarda nümayişçilərin Fars valiliyinin Turizm və Həcc Koordinasiya İdarəsinin rəisi Mehdi Parsai əleyhinə şüarlar səsləndirdiyi görünür. Bu görüntülərdə iştirakçılar yüksək səslə qışqırırdılar: “Parsai tərk edin, qubernatorluğu tərk edin”.

Qeyd edək ki, Qaşqay türkləri hazırda 4-5 milyon hüdudunda əhaliyə malik olmaqla molla rejimi tərəfindən ərazisi müxtəli vilayətlərə paylanan Qaşqayyurtda yaşayırlar.

Video:

https://t.me/GADTB1/41972

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …