Cümə axşamı , Noyabr 26 2026
azfa

Molla rejimin Traxturun ərdəbili tərəfdarlarına təzyiqləri artıb

GADTB: İrqçi fars-molla rejimin son günlər Traxtur komandasının yərəfdarlarına qarşı təzyiqləri artıb.

Son günlər 25 ərdəbili Traxtur tərəfdarı Polis və terrorçu Sepah-ın Kəşfiyyat İdarəsinə çağırılıb.

Traxturun tərəfdarlarına qarşı təzyiqlər həmişə olub, ancaq bu dəfə həm polis, həm də Sepah-ın məsələyə eyni anda qarışması məsələnin həssaslığından xəbər verir.

İdarələtə çağırılan fazərbaycanlı əallardan Traxturun çempion olması halında fəalların Ərdəbil küçələrinə çıxması qadağan edilib və “Urmiya türkündür, türkün qalacaq”, “Ərdəbil canımdır, Təbriz axar qanımdır” və digər şüarları  səsləndirməmələri istənilib.

Həmçinin dünən molla rejimin məmurları “Traxtur” tərəfdarlarını oyunu izləmək üçün Qəzvin şəhərinə aparmalı olan avtobus sürücüsü ilə əlaqə saxlayıb, onları təhdid edərək, müqaviləni ləğv etməyə məcbur ediblər.

Qeyd edək ki, irqçi fars-molla rejimi hər vasitə ilə Azərbaycan Türk Millətinə təzyiq göstəriri. Molla rejimin Azərbaycanın müxtəlif şəhərlərində Traxturun oyunlarının ictimai yerlərdə canlı yayımlarını da ləğv edib.

Həmçinin yoxlayın

Sepah mədənləri talamaqla Peğamçay su anbarının su ehtiyatları təhlükəyə salır – Video

GADTB: Kəleybər, Xudafərin və Horand bölgələrinin nümayəndəsi Behnam Rəzvani Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Şina …

İranda qaz böhranının dərinləşməsi bəzi neft-kimya müəssisələrini istehsalı dayandırmaq həddinə çatdırıb

GADTB: Qışın başlamasına bir aydan da az vaxt qaldığı bir vaxtda İranda qaz çatışmazlığı polad …