Bazar , Sentyabr 20 2026
azfa

Azərbaycanlı siyasi məhbus aclıq aksiyasını dayandırıb

GADTB: Aprelin 11-də Urmiya şəhərinin həbsxanasında aclıq aksiyası keçirən azərbaycanlı siyasi məhbus Hamid Qaraoğlani aclıq aksiyasını dayandırıb.

Uzun müddət aclığa görə həyatı təhlükədə olan məhbus ailəsi və ziyalıların xahişi ilə aksiyanı dayandırıb və həbsxananın tibb məntəqəsinə köçürülüb.

5 ilə yaxındır həbsdə saxlanılan Qaraoğlani, şərti azadlığa buraxılması barədə müraciətlərinin cavabsız qalmasına etiraz olaraq aclıq edirdi.

Həbsxana rəhbərliyinin 10 gün ərzində onun tələbinə baxılacağına söz verib.

Qeyd edək ki, Hamid Qaraoğlani 27 iyun 2020-cı ildə saxlanılıb, 28 sentyabr 2020-cı ildə Urmu İnqilab Məhkəməsinin 2 saylı bölməsində mühakimə olunub.

O, “Amerika, və İsrailə casusluqda”, “xarici KİV-lərlə əlaqə”də, “rəhbəri təhqir etmək”də, “Qasım Süleymaninin şəklini cırmaq”da günahlandırılıb.

Azərbaycanlı məhbusun barəsində çıxarılan edam qərarı sonradan 14 il həbs cəzasına dəyişdirilib.

Həmçinin yoxlayın

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə …

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …