Şənbə , Sentyabr 19 2026
azfa

Urmiya gölünün bərpası tələbilə Xoyda velosiped yarışması keçirilib

GADTB: Cümə günü, çox sayda Xoy sakininin iştirakı ilə Urmiya gölünün bərpası tələbilə “Urmu gölü” adlı velosiped yarışması keçirilib.

Yarışda gölün problemlərinə diqqət çəkmək məqsədilə plakatlar qaldırıblar. Yarış iştirakçıları icazəsiz qazılan quyuların bağlanmasını, icazəli quyuların səmərəli işlədilməsini, Urmiya gölündən qiymətli torpaq və duzların çıxarılmasının qadağan edilməsini, suvarma və kənd təsərrüfatının foormasının dəyişdirilməsini tələb ediblər.

Qeyd edək ki, bu il yağıntının yaxşı olmasına baxmayaraq, Urmiya gölü dövlət rəsmilərinin diqqətsizliyi və bəndlərdən yetərli miqdarda suyun buraxılmaması səbəbindən gölün durumu bir az pisləşib.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …