Molla rejimin həbs etdiyi Əbülfəz Rəncbərinin durumu haqqında məlumat verilmir

GADTB: İrqçui fars-molla rejimin həbs etdiyi hüquqşünas və universitet professoru Əbülfəz Rəncbərinin saxlanılmasından üç həftədən çox vaxt keçib və onun harada olması, səhhətinin vəziyyəti və ona qarşı irəli sürülən ittihamlar barədə heç bir rəsmi məlumat verilməyib.

Qeyd edək ki, Əbülfəz Rəncbəri mayın 4-də Təbriz Kəşfiyyat İdarəsi tərəfindən həbs edilib.

Doktor Rəncbərinin işi Təbriz Prokurorluğunun 10-cu şöbəsində davam edir, lakin bu şöbə indiyədək onun üçün vəkil qəbul etməkdən imtina edib.

Məhkəmə və təhlükəsizlik institutlarının şəffaflığının olmaması və Dr. Rəncbərinin durumunun qeyri-müəyyənliyi insan haqları fəalları, hüquq ictimaiyyəti və akademik dairələr arasında reaksiyalara və narahatlıqlara səbəb olub.

Həmçinin yoxlayın

ABŞ-İran danışıqlarının gələn həftə İslamabadda bərpa oluna biləcəyi bildirilir

GADTB: “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla bildirir ki, ABŞ və İran arasında danışıqların …

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …