Azərbaycanlı idmançı Kanadada baş məşqçi oldu

GADTB: Güney Azərbaycanın Zəncan şəhərindən olan və bir müddət əvvəl təziqlər səbəbindən İranı tərk edən qayayadırmanma və alpinizm üzrə tanınmış idmançı Elnaz Rikabi Kanadada məşhur klubun baş məşqçisi olub.

Bu barədə onun baş məşqçisi olduğu “Proqreşen tim” klubu məlumat yayıb.

“Elnaz Rikabi dünyada qayayadırmanma üzrə öncül idmançı kimi bundan sonra zəngin təcrübələrini bizimlə paylaşacaq və bu idman sahəsində yeni üfüqlər açacaq”,- klubun paylaşımında bildirilib.

Qeyd edək ki, azərbaycanlı idmançı məcburi hicab qaydalarına qarşı çıxması və qadın hüquqları ilə bağlı paylaşımlarına görə təzyiqlərə məruz qaldığı üçün 2024-cü ilin noyabr ayında İranı tərk edib.

Ona qarşı təzyiqlər 2022-ci ildə Cənubi Koreyada keçiriləcən Asiya çempionatının final mərhələsində hicabsız iştirak etməsindən sonra başlayıb.

Rikabi, ölkəyə qayıtdıqdan sonra dindirilib, idman fəaliyyətinə və yarışlarda iştirakına məhdudiyyətlər qoyulub.

Moskvada keçirilən dünya çempionatının bürünc mükafatçısı olan Elnaz Rikabinin yarışmalarda hicabsız iştirakı ilə bağlı şəkillərinin yayılması iranlı gənclər arasında rəğbətlə qarşılaşıb.

Bu səbəbdən də Elnaz Rekabi 2022-ci ildə BBC-nin tərtib etdiyi dünyanın 100 nüfuzlu qadını siyahısına daxil edilib.

2025-ci ildə isə zəncanlı idmançı Dünya Qayayadırmanma Federasiyası tərəfindən Olimpiya Oyunlarına gənc nümunə kimi təqdim edilib.

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası İranda mətbuat azadlığına qoyulan məhdudiyyətləri sərt şəkildə tənqid edib

GADTB: Təşkilatın yüz illik yubileyini qeyd etmək üçün Parisdə keçirilən Dünya Konqresində qəbul edilən və …

Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb

GADTB: Türkiyənin müdafiə şirkəti Samsun Yurt Savunma (SYS) helikopterlərdən pilotsuz uçuş aparatlarını (PUA) və dronları …