Azərbaycanlı fəallar Urmiya gölünün bərpası tələbilə bannerlər quraşdırıblar

GADTB: Azərbaycanlı fəallar Urmiya gölünün bərpası tələbilə bannerlər quraşdırıblar. İranın Ətraf Mühit Təşkilatının rəhbərinin Təbrizdə keçirilən iclasında və Azərbaycan Velosiped Turunda Azərbaycanlılar əllərində Urmu gölünü dəstəkləyən pankartlar tutublar.

Azərbaycanlə fəallar İranın Ətraf Mühit Təşkilatının rəhbərinin iclasının keçirildiyi Təbrizin Şəhriari otelinin qarşısında “Urmiya gölü hövzəsi bir ildə Urmiya gölünün illik yağıntısının ən azı beş qatını alır. Urmiya gölü tamamilə bərpa oluna bilər” yazılı pankart açıblar.

Bannerdə Urmiya gölünün bərpası üçün həll yolları belə ifadə edilib:

“İcazəsiz quyuların bağlanması, icazə verilən quyuların təyinatına uyğun işlədilməsi, Urmu gölündən qiymətli torpaq və duzların çıxarılmasının qadağan edilməsi, becərmə və kənd təsərrüfatının mexanizasiyasının dəyişdirilməsi, fabriklərin və su istehlakçılarının Urmu gölünün suyunu tamamilə təkrar emal edilməsi.”

Həmçinin Azərbaycan Velosiped Turu mərasimində daha bir neçə Güney Azərbaycanlı üç dildə: türk, ingilis və fars dillərində yazılmış pankart açaraq Urmiya gölünün qurudulmasına diqqət çəkiblər.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …