Təbrizə yenidən hücum edildi

GADTB: İsrailin hava qüvvələri Bakı vaxtilə saat 13:00 radələrində Təbriz airoportu ərtafına hava zərvələri endirib.

Paylaşılan videoda partlayışlar təsvir olunsa da, itkilər barədə açıqlama verilməyib.

Qeyd edək ki, həmin ərazidə İran Hərbi Hava Qüvvələrinin 2-ci hərbi bazası yerləşir.

Ümumilikdə hava zərbələri nəticəsində ölən və yaralananların olduğu deyilir.

Bu gün İsrail İrana hava hücumu çərçivəsində Təbrizə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı hələlik 5-ə, yaralananların sayı isə 12-ə çatıb.

Bunu Şərqi Azərbaycan valiliyinin Böhran İdarəetmə Mərkəzinin rəhbəri Məcid Fərşi məlumat yayıb.

O, zərbələrin hamısının hərbi hədəflərə endirildiyini bildirsə də,ölən və yaralananların mülki şəxs və ya hərbçi olduğu barədə açıqlama verməyib.

Qeyd edək ki, bu gün Təbrizdə 7, Marağada 1 və Bostanabadda 2 hərbi hədəfə hava zərbələri endirilib.

Video:

https://t.me/GADTB1/42932

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …