Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

İki türk ölkəsi Azərbaycan və Türkmənistan əməkdaşlığının hazırki vəziyyəti müzakirə olunub

GADTB: 3 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə toplantısı çərçivəsində Türkmənistan Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.

Görüş zamanı Azərbaycan və Türkmənistan arasında yüksək səviyyəli qarşılıqlı səfərlər və təmasların ikitərəfli əlaqələrimizin daha da inkişafında rolu və əhəmiyyətindən bəhs olunub.

Regional təhlükəsizlik məsələləri, beynəlxalq təşkilatlar çərçivəsində, habelə Xəzər dənizi üzrə əməkdaşlıq mövzuları müzakirə olunub.

İqtisadiyyat, ticarət, energetika, nəqliyyat, humanitar və mədəniyyət sahələri üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Xalqlarımız arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin bundan sonra Azərbaycan ilə Türkmənistan arasında tərəfdaşlıq münasibətləri zəminində daha da inkişaf edəcəyinə dair həmfikirlik ifadə olunub.

Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …