Molla rejimi dəfələrlə İsrailin F-35-lərini vurduğunu desə də, indi öz dediyini təkzib etdi

GADTB: İran televiziyası 12 günlük müharibə zamanı dəfələrlə İsrailin F-35-lərini vurduğunu elan etmişdi. Lakin indi isə öz yalanlarını xarici ölkələrin boynuna yıxaraq, İsrailin hərbi hava qüvvələrinin İrana hücumu zamanı İran İsrail qırıcılarını vurmadığını elan edib.

İran televiziyası bu dəfə deyib: “Qırıcının vurulması və İsrailin qadın pilotunun əsir götürülməsi haqda informasiyaların yayılması İran tərəfinin yaydığı xəbərləri etibarsız etmək məqsədi daşıyırdı”.

İran televiziyasının eksperti bu tip informasiyaların təxribat xarakterli olduğunu və düşmən qüvvələr tərəfindən dövriyyəyə buraxıldığını söyləyib.

Qeyd edək ki, İsrailin iki F-35 təyyarəsinin vurulması və bir qadın pilotun əsir götürülməsi barədə İranın rəsmi dövlət mediası, o cümlədən “Tasnim”, “Mehr” və digərləri məlumatlar yaymışdılar.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …