Bazar , Sentyabr 20 2026
azfa

NBC News: “ABŞ-nin İranda vurduğu nüvə obyektlərindən yalnızı biri məhv edilib”

GADTB: “NBC News” telekanlı xəbər verir ki, ABŞ-nin İrana qarşı hava hücumları zamanı hədəf aldığı üç nüvə obyektindən yalnız biri ciddi şəkildə zərər görüb. Telekanalın hazırkı və keçmiş ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, digər iki obyekt qismən zərər görüb və Tehran yaxın aylarda bu obyektlərdə nüvə zənginləşdirmə fəaliyyətini bərpa edə bilər.

Məlumata görə, bu qiymətləndirmə ABŞ-ın “Gecəyarısı Çəkici” (Midnight Hammer) adlandırılan əməliyyatından sonra Tehranın nüvə potensialına dair davam edən araşdırmaların nəticəsidir.

Qeyd olunub ki, bəzi ABŞ və İsrail rəsmiləri Tehranın danışıqlara qayıtmaqdan imtina etməsi və ya nüvə obyektlərini yenidən bərpa etməsi halında yeni hərbi zərbələr ehtimalını nəzərdən keçirirlər. / Azad İran

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …