Şənbə , Sentyabr 19 2026
azfa

İsrail ordusu İrana mümkün hücuma hazırlaşır

GADTB: İsrailin Milli Xəbərlər nəşri ordunun İrana qarşı mümkün hücum ssenarilərinə aylarla əvvəlcədən hazırlaşdığını bildirib. Məlumata görə, 2024-cü ilin noyabrında siyasi rəhbərlik orduya genişmiqyaslı əməliyyata hazırlıq göstərişi verib.

Bundan sonra AMAN daxilində “Hipkha Mistabra” adlı xüsusi komanda yaradılıb. Komanda İranın nüvə fəaliyyətlərini izləmək və təhlil etməklə məşğuldur.

Qısa müddət ərzində bu qurum İranın nüvə başlıqlı raket istehsalının son mərhələsinə keçdiyini müəyyən edib. Habelə, iranlı alimlərin əvvəllər proqramda olmayan yüksək həssas komponentlər üzərində işlədiyi bildirilir ki, bu da Tehranın nüvə razılaşmasını pozduğuna dair açıq əlamət kimi qiymətləndirilir. / Azad İran

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …