Azərbaycanlı jurnalist Meysəm Rəşidi Ərdəbil bələdiyyə sədrini tənqid etdiyinə görə həbs edilib

GADTB: Ərdəbilli jurnalist Meysəm Rəşidimolla rejimin məmurları tərəfindən həbs edilərək naməlum bir yerə köçürüldü.

Jurnalistin yaxınlarının sözlərinə görə, onun həbsinə səbəb Ərdəbilin meri Mahmud Səfərinin kiberməkanda çıxışını tənqid etməsi olub. Bu həbsdən öncə aylar əvvəl, Meysəm Rəşidi şəxsi evində bələdiyyə agentləri tərəfindən döyülərək burnu sınmışdı.

Bu hərəkətlər İranda ifadə azadlığının davamlı şəkildə pozulması, tənqidçilərin sıxışdırılması və jurnalistlərin şəxsi təhlükəsizliyinin pozulmasından xəbər verir. İran İslam Respublikasının da qəbul etdiyi Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 19-cu maddəsinə əsasən, hər kəs müdaxilə etmədən öz fikrini ifadə etmək hüququna malikdir.

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …