Çərşənbə , Noyabr 11 2026
azfa

Şot bölgəsində yerləşən Təzəkənd kəndi tam susuzluq içərisindədir!; Tez-tez suyun kəsilməsinə qarşı etiraz aksiyası keçirilib-Video

GADTB: Qərbi Azərbaycan əyalətinin Şot şəhərinin Təzəkənd kəndinin sakinləri, çərşənbə axşamı fasiləsiz su kəsilməsinə etiraz olaraq səslərini ucaltdılar.

Avqustun 5-də onlar etiraz aksiyası keçiriblər. Onlar əyalətin su qaynaqları ilə ən zəngin bölgəsində yaçadıqlarına baxmayaraq, davamlı su çatışmazlığı ilə üzləşdiklərinə etiraz ediblər.

Narazıların bildirdiyinə görə, xüsusən son həftələr sutkanın əksər saatlarında içməli suyun verilişi dayandırılır və əhali suya olan təlbatlrını külli məbləğdə vəsait ödəyərək tanker vasitəsilə təmin etməyə məcbur olurlar.

Qeyd edək ki, Makı bölgəsi Qərbi Azərbaycanın su ehtiyatları ilə zəngin yerlərindən biri sayılır və burada bir neçə çay mövcuddur.

Video:

https://t.me/GADTB1/44238

Həmçinin yoxlayın

Keçmiş hakimdən etiraf: Məndən Traktorun əleyhinə fit çalmağı tələb etdilər

GADTB: İran futbolunun Premyer Liqasının keçmiş hakimi Əli Səfayi etiraf edib ki, Hakimlər Komitəsinin üzvləri …

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …