Təbrizə vəd edilən günəş elektrik stansiyası layihəsi hələ də yerinə yetirilmyib

GADTB: Təbrizə vəd edilən 800 milyon dollarlıq günəş elektrik stansiyası layihəsi vədi hələ də kağız üzərində qalıb və yerinə yetirilmyib.

Təbrizdə 2000 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi üçün Milli İnkişaf Fondu tərəfindən 800 milyon dollar vəsaitin ayrılmasının elan edilməsindən 7 aydan çox vaxt keçsə də bu layihənin həyata keçirilməsi üçün heç bir tədbir görülməyib.

Energetika Nazirliyi, Milli İnkişaf Fondu və Kənd Təsərrüfatı nazirliyi kimi qurumlar tərəfindən hazırlıq işlərinin görülməsinin iddia edilməsinə baxmayaraq, investorların cəlb edilməsi, təməlin atılması və ya icra prosesinə başlanması ilə bağlı heç bir hesabat dərc olunmayıb.

Təbrizdə fəallar və sənayeçilər ayrılmış böyük vəsaitin taleyi ilə bağlı şəffaflıq tələb edirlər. Onlar hesab edirlər ki, bərpa olunan enerji sahəsində imkanların boşa getməsi təkcə əyalətin sənaye inkişafına təhlükə yaratmayıb, həm də ictimaiyyətin məmurların vədlərinə inamsızlığına səbəb olub.

Ötən ay İsfahanda ölkənin ən böyük günəş elektrik stansiyası istifadəyə verildiyi, keçən il isə Yəzd günəş elektrik stansiyasının açılışı olduğu halda, Azərbaycanda hələ də yerinə yetirilməmiş vədlər ölkənin makro-siyasətində struktur ayrı-seçkiliyi və bu regionun inkişafına diqqətsizliyi bir daha sübut edir.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …