Çərşənbə , Noyabr 11 2026
azfa

ABŞ-dan Uitkoff-Putin görüşü barədə açıqlama

Donal Tramp Uitkoff-Putin görüşü barədə sosial şəbəkədə yazıb: “Mənim xüsusi elçim Stiv Vitkoff Rusiya prezidenti Vladimir Putinlə çox məhsuldar  bir görüş keçirdi. Çox irəliləyiş əldə olundu! Mən o vaxtdan bəzi Avropalı müttəfiqlərimizə məlumat verdim.

Hamı razıdır ki, bu müharibə bitməlidir və biz yaxın günlərdə və həftələrdə bunun üçün çalışacağıq. Bu məsələyə diqqət etdiyiniz üçün təşəkkür edirik!”

ABŞ Dövlət katibi Marko Rubio isə jurnalistlərin “Uitkoffun Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra ABŞ hələ də bu həftə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırırmı? sualına cavabında deyib ki, xüsusi elçi Stiven Uitkoff evə yollanır, onunla bir neçə dəqiqə əvvəl danışdıq.

 “Gün ərzində başqa müzakirələrimiz olacaq, tezliklə bəyanatlar veriləcək. Ola bilsin, yaxşı, bəlkə də yox. Baxacağıq”, – o deyib.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …