ABŞ bazaları boşaldılır, İranla yeni müharibə təhlükəsi var

GADTB: İranın “Üfüq” telekanalının eksperti və jurnalist Məhəmməd Təqi Ağayan sosial media hesabında bölgədə baş verən bəzi şübhəli proseslərə diqqət çəkib.

Ağayan bildirib ki, ABŞ-nin regiondakı hərbi bazaları sürətlə boşaldılır və bu, yaxın zamanda müharibə ilə bağlı ciddi xəbərlərin gələcəyindən xəbər verir.

“Dünən axşam verilişdə xəbərdarlıq etdik, bu gün də təkrar edirəm: Bölgədə Amerika bazaları sürətlə boşaldılır. Bu o deməkdir ki, (müharibə ilə bağlı) xəbərlər yoldadır…”, – deyə jurnalist paylaşımında qeyd edib.

Ağayan bu dəyişikliklərin məqamlarını açıqlamasa da, ehtimal edilən gərginliyin yaxın günlərdə daha da aydınlaşacağı gözlənilir.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …