
GADTB: İrqçi fars-molla rejimi İsrailin hücumundan sonra bir neçə ölkədə silah zavodları tikib.
Bunu İranın “Young Journalists Club” agentliyinə müsahibəsində molla rejimin müdafiə naziri Əziz Nəsirzadə deyib.
“Raketlərin işlənib hazırlanması İsraillə müharibədən sonra vacib idi və prioritetlər dəyişə bilər”, – o bildirib.
Nəsirzadə bu ölkələrin adlarını açıqlamayıb.
Onun sözlərinə görə, güman ki, yaxın vaxtlarda zavodların rəsmi açılışı olacaq və o zaman da ölkələrin adları açıqlanacaq.
Qeyd edək ki, İranın ən sıx hərbi əməkdaşlıq etdiyi dövlət Rusiyadır və Ukrayna İranın Rusiyanı “Şahed” tipli dronlarla təmin etdiyini bildirir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi