
GADTB: İran 600-ə yaxın raket-buraxılış qurğusunu yeniləyib və hazır vəziyyətə gətirib.
Bu barədə İsrailin “Kanal 13” televizyası MOSSAD-a istinadla məlumat yayıb.
“MOSSAD orduya məlumat verib ki, İran təcili şəkildə yeraltı raket qurğularını atışlar üçün təchiz edib. Bu qurğuların ümumi sayının 600-ə çatdığı təxmin edilir”, – məlumatda qeyd olunub.
Eyni zamanda ikinci İsrail-İran müharibəsinin baş vermə ehtimalının yüksək olduğu bildirilir.
İsrailin keçmiş təhlükəsizlik rəsmisi Jak Neriya İranın İsrailə qarşı hücuma hazırlaşdığını bildirib.
O, Bəşər Əsədin devrilməsinin İran üçün ağır itki olduğuna diqqət çəkib:
“Suriyalılar İsrail cəbhəsində sülh istəyirlər. Bu, strateji bir addımdır, İsrail Əhməd əş-Şara hakimiyyəti vasitəsilə Dəməşqin İranın İsrail ətrafında yaratdığı təzyiq halqasını qıra bildi. Bəşər Əsədin devrilməsi həm də Hizbullahın regional qüvvə kimi süqutuna səbəb oldu. Buna görə də İran Şara hakimiyyətinin devrilməsini istəyir”.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi