ABŞ Türkiyəyə “F-35” təyyarələrini təhvil verir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə ABŞ-dan “F-35” təyyarələri alır. İlkin olaraq iki təyyarə sabah Texas ştatının Fort-Uert şəhərində keçiriləcək mərasimdə Türkiyə tərəfinə təqdim ediləcək.

Bu barədə NTV kanalına müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Nazir qeyd edib ki, ABŞ Senatı Türkiyəyə “F-35” qırıcılarının satılmasına qarşı çıxsa da, təyyarələr Ankaraya təhvil veriləcək. Türkiyənin Baş naziri Binəli Yıldırım Senatın bu addımının təəssüf doğurduğunu, bunun həm də strateji tərəfdaşlığa zidd olduğunu bildirib.

Xatırladaq ki, Türkiyə ABŞ-dan 100 “F-35” beşinci nəsil qırıcı-bombardmançı almaq istəyir.

Həmçinin yoxlayın

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Bir cavab yazın