
GADTB: The Telegraph xəbər verir ki, yeni obyekt Natanz təsisatının düz yanında, Kalanq Qaz La dağı və ya Kalanq dağı kimi tanınan 1600 metrlik dağın altında 140 metr dərinlikdə yerləşir; Fordo nüvə sahəsinin yerləşdiyi dağdan iki dəfə yüksək olan dağ.
Obyekt nüvə bombasından belə təhlükəsizdir.
Digər tərəfdən isə Britaniya xarici işlər naziri deyib lki, İranın zənginləşdirilmiş uran ehtiyatları icazə veriləndən 40 dəfə çoxdur.
Devid Lemmi üç 🇪🇺 Avropa ölkəsinin İrana qarşı tətik mexanizmini işə salmağa çalışmasına işarə edərək deyib: “İranın zənginləşdirilmiş uran ehtiyatı İranın nüvə sazişində nəzərdə tutulan limitdən 40 dəfə çoxdur.
İrana qarşı sanksiyaların tətbiqi üçün tətik mexanizmi diplomatiyanın sonu demək deyil.
Biz İranı 🇺🇸 ABŞ ilə danışıqlara qayıtmağa və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin geri qayıtmasına icazə verməyə çağırırıq”.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi