Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Təbrizdə “Dəli Domrul” tamaşası səhnəyə qoyulacaq

GADTB: Təbrizdə”Dədə Qorqud” dastanının motivləri əsasında “Dəli Domrul” tamaşası səhnəyə qoyulacaq.

Hazırlanan tamaşa insanın ölüm, ölməzlik, məhəbbət və taleyin həyatdakı rolu ilə bağlı qayğılarından bəhs edilir.

Tamaşanın quruluşçu rejissoru Məhəmməd Salar Qulizadə mətbuat konfransında tamaşanın ərsəyə gəlməsində yaranan çətinliklərə toxunaraq deyib: “Məşqlərə başlamaq və icazə almaq işin ən çətin mərhələlərindən idi. Məşqlər 2024 noyabrın 26-da başlayıb və maliyyə və əməliyyat çətinliklərinə baxmayaraq, tamaşanın səhnəyə çıxarılması üçün kollektiv yorulmadan çalışıb”.

Tamaşanın müəllifi Şahin Muradi də öz fikirlərini bölüşüb.

“Dəli Domrul əfsanəsi ölüm qorxusu, həqiqi sevgi, Tanrının insanların həyatında və ölümündə rolu kimi məfhumlardan bəhs edir, eyni zamanda, bu dastan Azərbaycan xalqının inanc və mədəniyyətinin əksidir.” – o bildirib.

Tamaşa sentyabrın 6, 7 və 8-də Təbrizin Naci teatrında səhnələşdiriləcək.

Həmçinin yoxlayın

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …

Təftanda silahlı şəxslərin pusqusunda Fətimiyyun terrorçularının 20-dən çox üzvü öldürülüb və ya yaralanıb

GADTB: Həl-Vəşin məlumatına görə, bu gün, 13 oktyabr 2026-cı il, çərşənbə axşamı, Təftan rayonunun “Çah-Əhməd” …