Şənbə , Noyabr 14 2026
azfa

NASA: “Urmiya gölü tamamilə quruyub”

GADTB: NASA-nın son peyk görüntülərinə əsasən, Urmiya gölü geniş duz çölünə çevrilib və tamamilə quruyub.

Mütəxəssislər qurumanın əsas səbəblərini uzunmüddətli quraqlıq, iqlim dəyişikliyi, su anbarlarının tikilməsi və kənd təsərrüfatında həddindən artıq su istifadəsi ilə izah edirlər.

Gölün yox olması ekosistemdə ciddi fəsadlara yol açıb:

 • su quşlarının azalması,

 • havaya duz və zərərli tozların qalxması,

 • insan sağlamlığı üçün yeni risklər.

Alimlərin fikrincə, Urmiya gölü təbii balansını tam itirib və region ekoloji fəlakət astanasındadır.

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …