
GADTB: Təbrizdə türklərin mifoloji inanclarına söykənən “Daşbabalar” adlanan daş heykəl sərgisi açılıb.
Bu əsərlər Azərbaycan türk sənətçisi Behnam Məhəmmədpur tərəfindən hazırlanıb və özünəməxsusluğu ilə seçilir.
Daş Babalar, Dikli Daşlar və Balballar Şərqi Türküstandan Azərbaycan, Türkiyə və Macarıstana qədər bütün türk dünyasında rast gəlinir və kökləri qədim türklərin şamanist inanclarına söykənir. Bu daşlar qəhrəmanların və türklərin yüksək rütbəli dövlət məmurlarının məzarları üzərində tikilib.
Bu sərgi Təbrizin Lalə Park otelində yerləşən Artemis qalereyasında keçirilir və bu gündən saat 17:00-dan 19:00-dək ziyarətçilər üçün açıqdır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi