Şənbə , Sentyabr 19 2026
azfa

ABŞ İranın sanksiyalardan yayınan şəbəkəsini ifşa edənə pul mükafatı vəd edib

GADTB: ABŞ Dövlət Departamentinin “Ədalət üçün Mükafat” proqramı İranın neft və maliyyə sanksiyalarını pozan beynəlxalq şəbəkə ilə bağlı məlumat verənlərə 15 milyon dollara qədər mükafat təklif edib.

Proqramın rəsmi açıqlamasında qeyd olunur ki, Çin və Oman vətəndaşları – Vanq Şaoyun və Mahmud Rəşid Amur Əl-Həbsi tərəfindən idarə olunan bu şəbəkə İran neftinin Çinin dövlət neft emalı zavodlarına satış və daşınmasını təşkil etmək üçün bir sıra şirkətlərdən yararlanıb.

Məlumata görə, fəaliyyətlər nəticəsində əldə edilən gəlirlər SEPAH-ın Qüds qanadının maliyyələşdirilməsinə yönəldilib. ABŞ bu qanadı terrorçu qruplaşması kimi tanıyır.

ABŞ Dövlət Departamenti ictimaiyyəti Vanq Şaoyun, Əl-Həbsi, onların əməkdaşları və ya rəhbərlik etdikləri maliyyə şəbəkəsi ilə bağlı istənilən məlumatı təqdim etməyə çağırıb. /Azad İran

Həmçinin yoxlayın

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …