
GADTB: Ərdəbilin Xətai zalında ərdəbilli yazıçı və tarixçi alim doktor Rza Zərgərinin iştirakı ilə Ərdəbil şəhəri haqqlnda seminar heç bir vilayət hakimiyyətinin göstərişi olmadan ləğv edilib.
“Abbas Lisani İnformasiya Səhifəsi”nin məlumatına görə, bu seminarın Ərdəbil Vilayəti Turist Bələdçiləri Dərnəyi tərəfindən “Qədim Ərdəbil şəhərinin məskunlaşma mövqeyinin məkan-tarixi qanunauyğunluqlar və məkan nəzəriyyələri əsasında müqayisəli təhlili (şəhərin ilk formalaşması və əhalinin məskunlaşması)” mövzusunda keçirilməsi planlaşdırılırdı.
Qeyd edək ki, Doktor Rza Zərgəri “Azərbaycanın Şərqinin qədim tarixi” kitabının və digər dəyərli tədqiqatların müəllifidir.
“Türbələr və Koroğlu”, “Şəhriyerinin astroarxeoloji tədqiqatları”, “Şəhriyeridəki Günəş məbədi və ya Günəş rəsədxanası”, “Azərbaycanın Şərqinin qaya memarlığının tədqiqi” kimi kitablar onun tərəfindən nəşr edilmişdir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi