Ərdoğan beynəlxalq ictimaiyyəti Şimali Kipr Türk Cümhuriyyətini tanımağa çağırıb

GADTB:  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli müzakirələrdə çıxışında bildirib ki, “Şərqi Aralıq dənizində Türkiyə və Şimali Kipri kənarda saxlamağa hesablanmış layihələrin uğurlu olmayacağını vurğulamaq istəyirəm”.

Türkiyə Prezidenti deyib ki, Şərqi Aralıq dənizi konfransı qarşılıqlı maraqların təmin edilməsi üçün faydalı olar.

“Kipr məsələsinin həlli üçün əvvəllər dəfələrlə səy göstərilib, ancaq yunan tərəfinin qeyri-konstruktiv mövqeyi səbəbindən əhəmiyyətini itirmiş federasiya yaradılması yolu ilə həll oluna bilməz. Beynəlxalq ictimaiyyət Kipr türklərinin yarım əsrdir ki, davam edən təcridinə son qoymalıdır. Beynəlxalq ictimaiyyəti Şimali Kipr Türk Cümhuriyyətini tanımağa, diplomatik əlaqələr qurmağa dəvət edirəm”, – o bildirib.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …