Azərbaycanlı fəallar Nir şəhərində dərs ilinin əvvəlində məktəblilərə türkcə kitablar paylayıb- Video

GADTB: Güney Azərbaycanın Nir şəhərində dərs ilinin əvvəlində azərbaycanlı fəallar məktəblilərə türkcə kitablar paylayıblar.

Azərbaycan Milli Hərəkatının fəalları dünən yeni dərs ilinin başlanması və məktəblərin açılması ilə bağlı ölkənin təhsil sisteminin təkdilli olmasına etiraz olaraq, Ərdəbil əyalətinin Nir şəhərində azərbaycanlı uşaqlar arasında yüzlərlə türkcə uşaq kitabı paylayıblar.

Kitablarda əsasən dil təhsili və türk uşaq hekayələri yer alıb və kitabların paylanması zamanı uşaqlara və onların valideynlərinə dil hüquqları, ana dilində təhsilin faydaları haqqında məlumat verilib.

Qeyd edək ki, irqçi fars-molla rejimi bu coğrafiyada yaşayan xalqların bütün maddi və mənəvi haqlarına məhəl qoymur. Türk, ərəb, bəluc, türkmən və başqa millətlər Pəhləvi rejimindən bəri illərdir ki, İran mərkəzi hökumətinin mərkəzçi və şovinist siyasəti ilə mübarizə aparır.

İranda yaşayan türklər öz ana dilində təhsil almaq, öz ana dilində milli qəzet və televiziyaya sahib olmaq kimi bir çox əsas hüquqlarından məhrumdurlar. Buna görə də azərbaycanlı fəallar belə münasibətlərdə azərbaycanlı uşaqlara türk dilində çap edilmiş kitablar paylayırlar.

https://t.me/GADTB1/45246

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …