Azərbaycanlı alim Əhmədrza Cəlali Evin həbsxanasına qaytarılıb

GADTB: İyunun 23-də İsrailin Tehranın Evin həbsxanasına hava hücumundan sonra naməlum yerə köçürülən azərbaycanlı alim, İran-İsveç ikili vətəndaşlığı olan Əhmədrza Cəlali yenidən Evin həbsxanasına qaytarılıb.

Azərbaycanlı alimin həyat yoldaşı Vida Mehranniya bu barədə məlumat yayıb.

Mehranniya deyib: “Uzun müddətdən sonra Əhməd Rza mənimlə qısa telefon əlaqəsi saxlayaraq yenidən Evin həbsxanasına qaytarıldığını bildirdi. Cəlali Evindən köçürüldüyü zaman 8 təhlükəsizlik əməkdaşnın onua qarşı zorakılıq etdiklərini, hadisə barədə məlumat verilmədiyinə görə edam edilmək üçün aparıldığını dedi”.

Alimin həyat yoldaşının sözlərinə görə, Əhmədrza Cəlali bu müddət ərzində Təhlükəsizlik Nazirliyinə məxsus “gizli evdə” saxlanılıb və ailəsi ilə telefon əlaqəsi qurmasına icazə verilməyib.

O gündən bu yana azərbaycanlı alimin harada saxlanılması və sağlıq durumu ilə məlumat əldə etmək mümkün olmayıb.

İsrail hərbi hava qüvvələri iyunun 23-də Tehranın Evin həbsxanasına zərbə endirdikdən sonra, Əhmədrza Cəlali və çox sayda başqa məhbus digər həbsxanalara köçürülüb.

Qeyd edək ki, əslən Güney Azərbaycanın Sarab bölgəsindən olan İsveç vətəndaşı Əhmədrza Calali 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib.

2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi azərbaycanlı alimi “İsrailə casusluq” ittihamına görə edama məhkum edib və qərar İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …